Sualtı qayıqlar La-Manş boğazını suyun üzərində və beynəlxalq dəniz hüququna uyğun şəkildə keçirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Hərbi Dəniz Donanmasına yaxın mənbə məlumat verib.
“Sualtı qayıqlar La-Manş boğazını suyun üzərində və beynəlxalq dəniz hüququna uyğun şəkildə keçir. Bu səbəbdən də “ələ keçirdi” ifadəsi qeyri-dəqiq və gülünc səslənir,” – deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, daha öncə Böyük Britaniya donanmasının La-Manş boğazında Rusiyaya məxsus “Krasnodar” dizel-elektrik sualtı qayığını ələ keçirdiyi barədə məlumat yayılmışdı.