Əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin müşaviri Vladimir Medinski deyib.
“Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, - bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, - bu region böyük bir Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya üzv olacaq, müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsi olacaq”, - Medinski bildirib./axar.az