• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Zelenski Romada görüşlər keçirdi - FOTOLAR

DÜNYA

09 Iyul 2025 | 20:55

Zelenski Romada görüşlər keçirdi - FOTOLAR

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib.

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə aparan ədalətli və davamlı yolların aktuallığı, bunun üçün də dialoqun vacibliyi vurğulanıb.

Qeyd edək ki, Volodimir Zelenski iyulun 10-11-də Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün İtaliyaya gəlib.


SON XƏBƏRLƏR

09 Iyul 2025