• Bakı 28° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Rusiya bir neçə günə bu adada nüvə sınağına başlayır

DÜNYA

08 Avqust 2025 | 18:18

Rusiya bir neçə günə bu adada nüvə sınağına başlayır

Yaxın günlərdə Rusiya “Burevestnik” qitələrarası raketini Novaya Zemlya adasında sınaqdan keçirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Barents Observer” nəşri məlumat yayıb.

Məlumata görə, sınağın hazırlıqlarına artıq bir neçə həftədir başlanılıb. Xüsusilə, hərbçilər gizli yüklü gəmilərin və “Rosatom”a məxsus təyyarələrin gəlməsi üçün arxipelaqın qərb sahili boyunca 500 km-lik zonada hava məkanını bağlayıb.

Qeyd edək ki, bu arxipelaq 1950-ci illərin sonundan bəri nüvə silahlarının sınaqları üçün ərazi kimi istifadə olunur.


SON XƏBƏRLƏR