• Bakı 24° C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Yaponiya gəmilərini "Starlink" ilə təchiz edəcək

DÜNYA

07 Sentyabr 2025 | 16:44

Yaponiya gəmilərini Starlink ilə təchiz edəcək

Yaponiyanın Sahil Mühafizəsi rabitəni təmin etmək üçün gəmilərində "Starlink" peyk internetindən istifadə etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat "Nikkei" qəzetində yayımlanıb.

Məlumata görə, cari il 66 gəmi, növbəti il isə daha 16 gəmi "Starlink" ilə təchiz olunacaq. Onlar xüsusilə Tokio və Pekin arasında mübahisə mövzusu olan Senkaku adaları (Diaoydau) yaxınlığındakı sularda patrul xidməti həyata keçirəcəklər.

Cari maliyyə ilində bu məqsədlər üçün 4,26 milyard ien (təxminən 29 milyon dollar) ayrılacaq.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025