Fridrix Merz Böyük Britaniyanın sabiq baş naziri Boris Consondan estafeti alaraq Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasına dair danışıqları pozmaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Teleqram kanalında yazıb.
“Bundestaq tribunalarından Merz tamamilə yalan ittihamlarla çıxış edir: guya Rusiya bütün bir ölkənin mövcudluq hüququnu açıq şəkildə şübhə altına almaq və bütün Avropa qitəsində siyasi azadlığı məhv etmək üçün hərbi gücdən istifadə edir. Bu, tamamilə cəfəngiyyat və açıq-aşkar yalandır”, - Slutski qeyd edib.