• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Putin xarici vətəndaşlarla bağlı daha bir QƏRAR VERDİ

DÜNYA

09 Iyul 2025 | 19:12

Putin xarici vətəndaşlarla bağlı daha bir QƏRAR VERDİ

Rusiya Daxili İşlər Nazirliyi 2026-cı il iyunun 30-dək “Xarici vətəndaşın rəqəmsal profili” adlı informasiya sistemi hazırlamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Sənəd federal hüquqi informasiya portalında yerləşdirilib.

Fərman ölkədə milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ictimai asayişin qorunması və miqrasiyanın tənzimlənməsi sisteminin optimallaşdırılması məqsədi daşıyır. Güman edilir ki, yeni resurs Rusiya Federasiyasının ərazisində yerləşən və ya yaşayan Rusiya sərhədini keçən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aktual məlumatları saxlayacaq.


SON XƏBƏRLƏR