• Bakı 27° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Gələn həftə Rusiya-Ukrayna arasında tarixi proses reallaşacaq? - Avropa ümid edir, Kreml isə...

DÜNYA

08 Avqust 2025 | 16:49

Gələn həftə Rusiya-Ukrayna arasında tarixi proses reallaşacaq? - Avropa ümid edir, Kreml isə...

"ABŞ prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq istiqamətində kifayət qədər cəhdlər edib".

Buni Bakıvaxtı.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi elə bir məcraya, mərhələyə gəlib çıxıb ki, dönüşü olmayan bir vəziyyətdədir:

"Tərəflərin hər biri, xüsusən Qərbin, o cümlədən ABŞ-nin təzyiq və təsir göstərmək istədiyi Rusiya tərəfi öz hədəfinə çatmaq üçün tələsir. Həmin hədəfə çatanadək Ukrayna ilə masaya oturmaq istəmir. Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiya rəhbərinin ünvanına xoş sözlər söylədi. Bütün bunlar Moskvanı masaya gətizdirmək üçün yumşaq diplomatiya idi. Amma bu cəhdlər uğursuz nəticələndi”.

Müsahibimiz deyib ki, növbəti mərhələdə Tramp digər münaqişələrə münasibətdə olduğu kimi təhdid taktikasına keçdi:

“ABŞ prezidenti Rusiyaya əvəlcə 50 gün vaxt verdi. Daha sonra 12 günə dəyişdirildi. Niyə belə oldu? ABŞ-nin hazırki administrasiyasında, Donald Trampın komandasında təmsil olunan şəxslər açıq şəkildə bəyan etdilər ki, 50 gün sadəcə itirilmiş vaxt olacaq. Çünki Rusiyanın reaksiyasında heç bir dəyişiklik yoxdur. İddia edildi ki, Rusiya bu məsələdə ABŞ-nin çağırışlarına müsbət cavab verməyəcək. Məhz bundan sonra 50 gün müddəti 12 günə endirildi".

Xəyal Bəşirov: Ukraynanı silahlandırmaqla Rusiyanı sadəcə gecikdirmək mümkündür

X.Bəşirov əlavə edib ki, 12 günlük zaman da növbəti həftə bitəcək:

"Həm ABŞ-də bəzi siyasilər, həm də bir sıra Avropa ölkələri gələn həftə Rusiya-Ukrayna arasında tarixi bir prosesin reallaşacağına ümid edirlər. Əslində isə Rusiya masaya əyləşmək niyyətində deyil. Rusiya rəhbərliyi öz addımları ilə bunu göstərir”.

Politoloq hesab edir ki, Qərbin sanksiyalarının daha da sərtləşdirilməsi, Rusiya neftini, qazını alan dövlətlərin Moskvaya təzyiqləri fonunda gərginlik səngiyə bilər. Dediyinə görə, Ukraynanı silahlandırmaqla Rusiyanı sadəcə gecikdirmək mümkündür. Amma bu, müharibənin taleyini həll etmir:

“Ukrayna 3 ildir silahlansa da, ölkənin yarısı darmadağın olub. Ona görə də Rusiyanın başqa istiqamətlərdə vurulması prosesi gedir. Suriyada Rusiyanın Xmeymin və Tartus bazaları əldən çıxıb. Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması prosesi gedir. Bu, baş verərsə, Rusiyanın Avropaya və Hind okeanına yolu bağlanacaq. Nəticədə Rusiyanın imkanları ciddi şəkildə məhdudlaşacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR