• Bakı 27° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Lukaşenko: Putin və Tramp arasında danışıqlar təşkil etməyə hazırıq

DÜNYA

08 Avqust 2025 | 16:20

Lukaşenko: Putin və Tramp arasında danışıqlar təşkil etməyə hazırıq

Belarus Minskdə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar təşkil etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Time” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Minskdə əvvəllər Ukrayna böhranın həlli üzrə ilk danışıqlar aparılıb və o, hələ o zaman ABŞ-nin prosesə qoşulmasının zəruriliyini qeyd edib.

"Lakin nə Donald Tramp öz ilk prezidentliyi dövründə, nə də Co Bayden danışıqlara qoşulmadı", - o deyib və ABŞ tərəfinin indiki ultimativ yanaşmasını yersiz hesab etdiyini vurğulayıb.

A.Lukaşenko bildirib ki, Rusiya Prezidenti, məsələn, hava atəşkəsinə razılıq verə bilər, lakin bu addımı Ukrayna da atmalıdır.

"Üçlükdə haradasa toplaşın. Tramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin. Birinci gün Rusiya-ABŞ münasibətləri, ikinci gün isə bu problem barədə danışın", - o qeyd edib.


SON XƏBƏRLƏR