• Bakı 27° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Zaxarova: Tbilisi ilə dialoq bu halda irəliləyə bilər

DÜNYA

08 Avqust 2025 | 16:20

Zaxarova: Tbilisi ilə dialoq bu halda irəliləyə bilər

"Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə dialoqu yalnız Tbilisinin Cənubi Osetiyaya qarşı təcavüz faktını tanıması fonunda irəliləyə bilər".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin yol verdiyi səhvləri və keçmişdəki təcavüzkar hərəkətləri etiraf etməsi barışıq üçün zəruri şərtdir.

“Əgər Gürcüstan rəhbərliyi sabiq prezident Mixeil Saakaşvilinin Cənubi Osetiyaya qarşı həyata keçirdiyi aqressiyanı açıq şəkildə tanıyıbsa, həmçinin abxaz və osetinlərlə barışığın vacibliyini bəyan edibsə, bu fonda danışıqların irəliləməsi ehtimalı mövcuddur. Əsas məsələ odur ki, bu bəyanatlar Suxumi və Tsxinvali ilə münasibətlərin bərpasına dair Tbilisinin yanaşmalarında həlledici rol oynasın və praktiki addımlara çevrilsin".

Gülşən Şərif


SON XƏBƏRLƏR