• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İranda mərasimdə at insanların üzərinə çıxdı: yaralılar var - VİDEO

DÜNYA

09 Iyul 2025 | 19:50 | Müəllif: Subhan Mahmudov

İranda mərasimdə at insanların üzərinə çıxdı: yaralılar var - VİDEO

İranın Mazandaran vilayətinin Amol şəhərində Məhərrəm ayı münasibətilə keçirilən mərasim zamanı faciə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb.

Belə ki, Kərbəla hadisələrinin nümayiş olunduğu şəbeh mərasimində İmam Hüseynin atı rolunu oynayan heyvan tamaşaçıların üzərinə atılıb.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər ağır yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Həmçinin, İmam Hüseyn rolunu oynayan aktyorun qolu və bir neçə qabırğası sınıb, vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026