• Bakı 23° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bu raket Ukrayna üçün daha təhlükəlidir - AÇIQLAMA

DÜNYA

09 Iyun 2025 | 21:11

Bu raket Ukrayna üçün daha təhlükəlidir - AÇIQLAMA

Ukrayna üçün hazırda ən böyük təhlükə Rusiyanın “İsgəndər” raketləri və “Şahid” dronlarıdır. Rusiyanın çoxlu sayda bu cür silahlara malik olması vəziyyəti daha da ciddi edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı aviasiya eksperti Konstantin Krivolap deyib.

“Xəncər” raketləri ilə bağlı Rusiyanın imkanları məhduddur, çünki bu tip raketlərin daşıyıcıları ilə bağlı ciddi problemlər mövcuddur. Eyni zamanda, Rusiya “Kalibr” raketlərini modernləşdirməyə və onlara əlaqəni gücləndirmək üçün antenalar quraşdırmağa çalışıb, lakin Ukraynanın F-16 və “Miraj” qırıcıları bu raketlərlə effektiv mübarizə aparır.

Amma “İsgəndər”lər və “Şahid”lər – bunlar çoxlu sayda olduqda və hava hücumundan müdafiə sistemimiz onları vurmağa kifayət etmədikdə, bu, artıq real təhlükədir”, - Krivolap bildirib.


SON XƏBƏRLƏR

09 Iyun 2025