• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

“Bakı Sığorta” “TOPAZ”ı məhkəməyə verdi

Gündəm

19 Aprel 2023 | 10:16

“Bakı Sığorta” “TOPAZ”ı məhkəməyə verdi

“Bakı Sığorta” ASC “Caspian Tech” QSC-ni məhkəməyə verib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Bakı Sığorta” ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC və 2 fiziki şəxsdir.

“Caspian Tech” QSC 19 yanvar 2010-cu il tarixində təsis edilib. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.  “Caspian Tech” QSC-nin adı 19 Mart 2019-cu il tarixinə qədər “Azərinteltek” QSC olub.

İbRa


SON XƏBƏRLƏR

23 Aprel 2024