• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı

Gündəm

17 Aprel 2023 | 11:52

İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, cəmiyyət barədə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bu maddədə bildirilib ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş hakim Murad Məmmədovun sədrliyilə araşdırılacaq.

İbRa


SON XƏBƏRLƏR

25 Aprel 2024