• Bakı 18° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Səfirdən millimizin biabırçı məğlubiyyətinə SƏRT REAKSİYA - FOTO

Gündəm

28 Mart 2023 | 10:00

Səfirdən millimizin biabırçı məğlubiyyətinə SƏRT REAKSİYA - FOTO

“Milli komandamız dünən də İsveçə 5-0 uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib.

Səfirin sözlərinə görə, uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz: “Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan... Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”

Ramid İbrahimov


SON XƏBƏRLƏR

19 Aprel 2024