• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

“Mado” restoranı avtobus zolağını zəbt edib? - FOTO

Gündəm

27 Mart 2023 | 11:00

“Mado” restoranı avtobus zolağını zəbt edib? - FOTO

Bakıda avtobus zolağı zəbt olunub.

Bakıvaxtı.az xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsilə kəsişməsində avtobus zolağı xüsusi maneələr vasitəsilə bağlanıb.

Avtobus zolağının zəbti nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində gecikmələr müşahidə olunur və interval artır.

Sosial şəbəkədə yayılan məlumata görə, adətən bu ərazi “Mado” restoranı üçün parklanma yeri kimi istifadə olunur, amma indi bu zolaq hərəkətə ümumiyyətlə bağlıdı.

Məsələ ilə bağlı MADO-ya informasiya sorğusu göndərilib. 

İbRa 


SON XƏBƏRLƏR