• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Rusiya sülhməramlılarının nəzarətində olan torpaqlarımızda nə baş verir? - AÇIQLAMA

Gündəm

27 Mart 2023 | 13:21

Rusiya sülhməramlılarının nəzarətində olan torpaqlarımızda nə baş verir? - AÇIQLAMA

“Ermənistan  Azərbaycanın tarixi torpaqlarında separatçılara dəstək verməkdə davam edir. Belə ki, son zamanlar Ermənistandan Rusiya sülhməramlılarının müvəqəti nəzarətində olan Azərbaycan ərazilərinə silah-sursatın daşınması intensivləşib. Bu isə regionda gərginliyi artırır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında qeyri-qanuni fəaliyyətlər üçün istifadəsi nəzərdə tutulan torpaq yollarını nəzarətə götürüb: “Bununla da terrorçulara silah-sursatın daşınmasının qarşısı alınıbdır.  Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyət göstərməsi nəzərdə tutulubdur. Ermənistan buna qarşı olsa da, bu problem gec-tez öz həllini tapacaq”.

Deputat deyib ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri reallığı nəzərə alıb Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər: “Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib. Belə ki, PA martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.

Bəli, Azərbaycan regionda yeni reallıq yaradıb. Qarabağın erməni ictimaiyyətinin nümayəndələri bu reallığı qəbul etməlidirlər. Onların başqa yolu da yoxdur. Başqa qüvvələrdən və üçüncü ölkələrdən dəstək, silah-sursat daşımaqla vəziyyəti dəyişə biləcəklərini düşünürlərsə, yanış yol seçiblər. Azərbaycan güclü və qüdrətli tərəf olaraq istənilən vaxt öz ərazilərində terrora qarşı əməliyyat aparmaq hüququnu əlində saxlayır. Onlar normal şəraitdə yaşamaq istəyirlərsə, bunun yolu reinteqrasiyadan keçir”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

19 Aprel 2024