• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə ciddi siyasi seçim astanasında: GƏRGİNLİK ARTIR

GÜNDƏM

06 Mart 2023 | 11:45

Türkiyə ciddi siyasi seçim astanasında: GƏRGİNLİK ARTIR

Türkiyədə seçkilərin vaxtı yaxınlaşdıqca siyasi müstəvidə müzakirələr qızışmaqda, proseslərə ictimaiyyətin marağı sürətlə artmaqda davam edir.

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-nə təyin edilib. Siyasi partiyalarına hansı namizədlə seçkiyə qatılacaqları, yarana biləcək “seçki blokları”, partiyalarını seçəcəkləri seçki taktikaları, partiyaların seçici elektoratlarına nüfuz imkanları və s. məqamlar ictimaiyyəti və medianı düşündürən suallar sırasındadır.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.

“Altılı masa”ya  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.

Bakıvaxtı.az-a açıqlama verən  Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarix elmləri doktoru Telman Nüsrətoğlu bildirib ki, tarix boyu türk xalqı doğru qərar veribdir.      

“Türkiyənin iqtisadiyyatın inkişafı ilə əlaqədar milli həmlələri və Türk dünyasının güc olması ilə bağlı hədəflər var. Türkiyə kimi kritik geosiyasi məkanda yerləşən, starteji önəmi getdikcə yüksələn bir ölkədə seçkilər diqqət mərkəzindədir. Türkiyənin 2 minlik dövlətçilik ənənəsi varsa və bu ənənə istiqlal, azadlıq qırılmadan davam edibsə, deməli, tarix boyu türk xalqı doğru qərar veribdir.     

Ərdoğanın liderliyi ilə Türkiyə dünya siyasətində təsir mərkəzlərindən birinə çevrilibdir. Onun istər “Dünya beşdən böyükdür”, istərsə də, “daha ədalətli bir nizami istiqamətində” çalışmları, türk dünyasının milli şüur və öz tarixinə geri dönməsi istiqamətində apardığı fəaliyyət onun böyük siyasətçi olduğunu və böyük hədəflərə xidmət etdiyini göstərir. Hesab edirəm ki, bu seçkilərdə də Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan qalib çıxacaq”, - deyə Telman Nüsrətoğlu bildirib.

O qeyd edib ki, Türk siyasəti çox mürəkkəb mexanizmə məxsusdur.

“Altılı masa”da yaranan çat, İYİ partiyasının sədri Meral Akşenerin bu siyasi blokdan geri çəkilməsi və vahid namizdələrini açıqlaya bilməməsi müxalifətdə vəziyyətin gərgin olduğunu deməyə əsas verir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu təmiz adam, məmur keçmişi olan siyasətçidir, insan kimi müxbət imicə sahibdir, amma onun partiyası və siyasi blok Ərdoğan qarşısında dəfələrlə seçki məğlubiyyətinə məruz qalıblar. Müxalifətdəki qeyri-müəyyənlik Ərdoğanın mövqeyini gücləndirir.

Seçkilərin ikinci mərhələsi olarsa, Akşener tərəfdarlarının Ərdoğana səs verməsi ehtimalı böyükdür”, - deyə Telman Nüsrətoğlu bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026