• Bakı 20° C

    3.36 m/s

Dövlət şirkəti 42 minlik HƏDİYYƏ SİFARİŞ VERDİ 

GÜNDƏM

23 Fevral 2023 | 15:34

Dövlət şirkəti 42 minlik HƏDİYYƏ SİFARİŞ VERDİ

"Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti üçün hədiyyələr, gid xidmətinin təşkili və iventlərin keçirilməsi xidmətlərinin satınalınması üzrə tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “GLOBAL SUPPLY" MMC olub.

Qalib şirkətlə 42 min 185 manat dəyərində müqavilə imzalancaq.

Tenderin şərtlərinə görə, 250 nəfərin iştirakı ilə konfransı keçirilməlidir, milli üslubda qablaşdırılmış, 15 bölgüdə yerləşdirilmiş, müxtəlif çərəzlər, meyvə quruları, şirniyyatlar, xüsusi kompozisiyada gül buketləri, keramikadan hazırlanmış və milli ornamentlərlə bəzədilmiş hədiyyəlik saxsı qab və fiqurlar, misgər üsulu ilə hazırlanmış və milli naxışlarla bəzə- dilmiş (mina ilə boyanmış) hədiyyəlik mis qablar təşkil edilməlidir.

“Azərbaycan İnvestisiya Şirkəti” 2006-cı ildə yaradılıb. Şirkətin bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkətin məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır. 

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026