• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

 “Maşın Bazarı”nda QALMAQAL – YOXLAMA APARILIR

Gündəm

09 Mart 2023 | 10:57

 “Maşın Bazarı”nda QALMAQAL – YOXLAMA APARILIR

“Maşın Bazarı” kimi tanınan "Bakı Avtonəqliyyat-2” ASC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, “Maşın Bazarı” barədə İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Xətai Rayon Məhkəməsinə göndərilib.

Məcəllənin 548.2-ci maddəsində bildirilib ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İş hakim Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Maşın Bazarı”nda səhm-nəzarət paketi "Bizim Marketlər” şəbəkəsinin ortağı Rasim Salmanova məxsusdur.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR

28 Mart 2024