• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Azərbaycanlı turist və tələbələrin sayının artmasında maraqlıyıq"

Gündəm

06 Aprel 2023 | 10:45

Azərbaycanlı turist və tələbələrin sayının artmasında maraqlıyıq

"10 milyon əhalisi olan Azərbaycandan keçən il Şimali Kipr Türk Respublikasını 5000 nəfər ziyarət edib. Biz könül bağı vasitəsilə turist axınını artırmaq istəyirik. Bizim hazırda Azərbaycandan gələn turist ziyarətlərinin sayını 2011-ci ildən əvvəlki vəziyyətə qaytarmaq hədəfimiz var”.

Bakıvaxtı.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.  

O qeyd edib ki, turist ziyarətləri ilə yanaşı Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycanlı tələbələrin sayını da artırmaq istəyirlər: “Kiprdə təhsil alan azərbaycanlı tələblərin sayı da bizim üçün yetərli deyil. Bunun üçün lazımı olan addımları atacağıq. Ortaq dili, dini və mədəniyyəti olan insanların ölkəmizə cəlb etmək üçün müvafiq işlər görəcəyik.  

Onu da qeyd edim ki, qardaş ölkənin jurnalistlərinin Şimali Kipr Türk Respublikasına səfərini təşkil etmək də hədəfimizdədir. Kiprin turizm imkanları ilə yerində tanış olmaq üçün bu çox önəmlidir”.  

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024