Bakı şəhərində çoxmərətbəli yaşayış binasında yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış kompleksində 8-ci binanın birinci mərtəbəsində qeydə alınıb.
Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Ramid İbrahimov