• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Araz Supermarket"dən tikinti şirkətinə qarşı İDDİA

Gündəm

10 Aprel 2023 | 11:10

Araz Supermarketdən tikinti şirkətinə qarşı İDDİA

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz Supermarket" MMC  yerli şirkəti məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, "Araz Supermarket" Bakı Kommersiya Məhkəməsində “Progress Construction Group" MMC-yə qarşı iddia qaldırıb.

İddia müqavilələrdən (podrat) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr  – üzrə qaldırılıb.

İş hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, "Araz Supermarket" MMC 06.01.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 055 020 manatdır. Qanuni təmsilçisi Rəşad İbrahimov Arif oğludur.

2008-ci ildə yaradılan “Progress Construction Group" inşaat, tikinti, memarlıq, elektrik kommunikasiya işləri icra edir. Şirkətin təsisçisi və baş direktoru Məmmədov İsmixan Nəriman oğludur.

Ramid İbrahimov  


SON XƏBƏRLƏR