• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Mədəniyyət Nazirliyində YOXLAMA: Milyonluq tenderlərin taleyi araşdırılıb

Gündəm

12 Aprel 2023 | 15:21

Mədəniyyət Nazirliyində YOXLAMA: Milyonluq tenderlərin taleyi araşdırılıb

Hesablama Palatası Mədəniyyət Nazirliyinin dövlət satınalmalarında pozuntular aşkarlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Palatanın nazirlikdə apardığı auditin nəticələrində bildirilib.

Məlumata görə, Hesablama Palatasının apardığı audit nazirliyin 2020-2021-ci illərdə keçirdiyi dövlət satınalmalarının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğu, bu sahədə daxili nəzarət işinin təşkili vəziyyətinin müəyyənləşdirilməsi məqsədi daşıyıb. Nəzarət tədbiri ilə 26 milyon manat əhatə olunub.  

2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub. Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmayıb, bəzi hallarda isə həmin iddiaçılar qalib seçilib.

Bağlanmış müqavilələrin şərtlərinə bir sıra hallarda əməl olunmayıb ki, bu da  öz növbəsində, bəzi hallarda müqavilələrin büdcə ili ərzində tam icra olunmasını təmin edərək ilin sonunda geri qaytarılmaması məqsədilə vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürülməklə 2 milyon manatın podratçıların sərəncamında və akkreditiv hesablarda istifadəsiz saxlanması ilə nəticələnib.  

Auditin əhatə etdiyi dövrdə əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar müəssisələrə ötürülməsi səbəbindən 2 milyon manat məbləğində dövlət vəsaitinin səmərəsiz istifadəsinə şərait yaradılıb ki, bu da funksional fəaliyyətin əsasnaməyə uyğun şəkildə həyata keçirilməsində riskləri formalaşdırıb.

Ehtimal olunan qiymətin hesablanmaması fonunda bağlanmış müqavilələr çərçivəsində alınması nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin konkret müəyyənləşdirilməməsi, müqavilələrin icrası ilə bağlı təsdiqedici sənədlərin də müvafiq qaydada tərtib olunmaması və ya ümumiyyətlə təqdim edilməməsi nəzərdə tutulmuş məqsəd və əldə edilmiş nəticələr arasında uyğunluğun qiymətləndirilməsində əsaslı riskləri formalaşdırmaqla bu müqavilələr üzrə 5 milyon manatın icrasının əsaslılığının qiymətləndirilməsinə şərait yaratmayıb.

İbRa 


SON XƏBƏRLƏR

19 Aprel 2024