• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əfv Komissiyası 900-dən çox müraciətə baxdı - YENİLƏNİB

GÜNDƏM

28 Fevral 2023 | 18:57

Əfv Komissiyası 900-dən çox müraciətə baxdı - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Bununla da iclaslarda baxılan məsələlərin sayı 900-ü ötüb.

Komissiyanın növbəti iclası isə martın 7-də keçiriləcək.

 

16:06

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Bu günə qədər iclaslarda baxılan müraciətlərin sayı 950-ni ötüb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

***

10:31

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Komissiya üzvü Əliməmməd Nuriyev bildirib.

O deyib ki, iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılması nəzərdə tutulur.

Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Qeyd edək ki, komissiyanın ötən iclası fevralın 23-də olub. 

Komissiya indiyə qədər 900-dən çox müraciətə baxıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026