• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Hacı İbrahimin başı dərddə - ƏMLAK DAVASI

GÜNDƏM

07 Fevral 2023 | 09:19

Hacı İbrahimin başı dərddə - ƏMLAK DAVASI

Yaşayış və qeyri-yaşayış binalarının tikintisi sahəsində ixtisaslaşmış "Avesta Konserni” MMC məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Məmmədova Elmira Rəşid qızı "Avesta Konserni”nə qarşı Bakı Apellyasiya Məhkəməsində iddia qaldırıb.

Birinci instansiya məhkəməsi vətəndaşın iddiasını təmin etmədiyinə görə o, apellyasiya şikayəti verib.

İşin mahiyyəti yaşayış sahəsi üzrə alqı-satqı müqaviləsi ilə bağlı mübahisədir.

İş hakimi Fuad Babayevin sədrliyi ilə araşdırılacaq. Bu ilin martin 7-də iş üzrə baxış iclası təyin edilib.   

Sözügedən şirkətin qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.

Mətbuatda yayılan məlumata görə, "Avesta Konserni” MMC iş adamı Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimova məxsusdur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026