• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Azərbaycan Dəmir Yolları"ndan rəqib şirkətə qarşı İDDİA 

GÜNDƏM

06 Fevral 2023 | 11:22

"Azərbaycan Dəmir Yolları"ndan rəqib şirkətə qarşı İDDİA

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) rəqib şirkəti məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, "ADY Konteyner" MMC Bakı Kommersiya Məhkəməsində “Tern Transport and Trading LTD” MMC-yə qarşı iddia qaldırıb.

İddia müqavilələrdən (daşıma) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

Kommersiya işi hakim Emin Əliyev sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Tern Transport and Trading LTD” hava, dəniz, dəmir yolu və avtomobil daşımaları üçün hərtərəfli daşıma və logistika xidmətləri təklif edir.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR