• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İrana XƏBƏRDARLIQ: "Tehranın bu addımları münaqişələrə səbəb olacaq"  

GÜNDƏM

09 Fevral 2023 | 11:24

İrana XƏBƏRDARLIQ: "Tehranın bu addımları münaqişələrə səbəb olacaq"

“İran Tehrandakı səfirliyimizə edilən xain silahlı hücumla bağlı Azərbaycana məlumat vermədi. Bu gün isə İranın növbəti təxribatlara hazırlaşdığını görürük”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov  Azərbaycan mediası diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Azərbaycana qarşı təxribat hücumu hazırladığı haqda məlumata münasibət bildərərkən deyib.

O qeyd edib ki, bu günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Tehrandakı səfirliyimizə silahlı hücum barədə geniş açıqlama verildi və bu açıqlamaya İran cavab vermədi: “İran Ermənistanla iş birliyi və tixribatları ilə heç nəyə nail ola bilməyəcək. Bu daha çox İrana zərbə olacaq. Səfirliyimizə edilən xain hücum da İranın əleyhinə işlədi və İran ifşa olundu. İran bu məsələlərə son qoymalıdır. İran bilməlidir ki, bütün təxribatların qarşısı qətiyyətlə alınacaq və onun əleyhinə çevrilmiş proses olacaq”.

C.Məmmədov İranı Azərbaycan əleyhinə təblığata və təxribatlara son qoymağa çağırıb: “İran müsəlman ölkəsi olan Azərbaycanla münasibətlərini gücləndirməlidir. Belə addımlarla və təxribatlarla Azərbaycanın mövqeyini və siyasətini dəyişməyəcək. İranın addımları regionda ciddi qarşıdurmalara və münaqişələrə səbəb ola bilər.   

İran bilməlidir ki, Türkiyə Azərbaycanın yanındadır. Digər müttəfiqlərimiz də hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycan ordusu istənilən təxirbatın qarşısını almağa hazırdır”.

Qeyd edək ki, dünən Azərbaycan mediası diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Azərbaycana qarşı təxribat hücumu hazırladığı haqda məlumat yayıb.

Məlumatda qeyd edilir ki, SEPAH-ın etnik azərbaycanlılardan ibarət qrupu artıq Sünikə (Qərbi Zəngəzur) yerləşdirilib və Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Əməliyyata SEPAH generalı rəhbərlik edir. Azərbaycan əsgərlərinin formasında olan SEPAH-ın azərbaycanlı qrupu Ermənistanda hücum həyata keçirir, erməniləri öldürməsi imitasiya edilir, azərbaycanca danışırlar və videolar çəkirlər, “buna cavab olaraq” SEPAH-ın əsas qüvvələri laçın və Qubadlı istiqamətində hücuma keçir və s.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR