• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLAR

GÜNDƏM

07 Fevral 2023 | 17:05

Azərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLAR

Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycanda yaradılan məntəqəyə kütləvi axın var.   

Bakıvaxtı.az xəbər verir ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar toplanılıb.

Zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Ramid İbrahimov


Azərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLARAzərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLARAzərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLARAzərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLARAzərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLARAzərbaycandan Türkiyəyə DƏSTƏK DAVAM EDİR - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR