• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dövlət şirkətinə məxsus avtomobil hədiyyə üçün "HOQQA VERDİ" -VİDEO 

GÜNDƏM

07 Fevral 2023 | 14:26

Dövlət şirkətinə məxsus avtomobil hədiyyə üçün "HOQQA VERDİ" - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) məxsus avtomobil yol hərəkəti qaydasını pozub. 

Bakıvaxtı.az xəbər verir ki, ASCO-ya məxsus nəqliyyat vasitəsi hərəkətdə olan vaxtı şirkətin əməkdaşı qapını açaraq hərəkətdə olan digər avtomobilin sürücüsündən hədiyyə qəbul edir.

Bu isə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması deməkdir. 

“Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsinə bildirilir ki, yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə bildirilir ki, nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa görə, qırx manat məbləğində cərimə edilir.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi baş inspektoru polis mayoru Araz Əsgərli Bakıvaxtı.az-a bildirib ki, məsələ araşdırılacaq və müvafiq qərar veriləcək.

“Hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə, hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirak etməyə dəvət edirik”, - deyə A.Ələsgərli bildirib.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026