Dövlət Turizm Agentliyi tərəfindən “2023-cü ilin 8-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması” və “2023-cü ilin 14-15 fevral tarixlərində İsrailin Tel-Əviv şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması” tenderlərinin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “AZEXPOMONTAGE” MMC-dir.
Qalib şirkətlə müvafiq tederlər üzrə 93 min 037 manat və 361 min 641 manat dəyərində müavilə imzalanacaq.
Sözügedən şirkət bundan öncə “AZERGOLD” QSC ilə “Stendin hazırlanması, quraşdırılması, demontajı işlərinin, həmçinin zəruri malların müvəqqəti istifadəyə verilməsi və əlaqəli xidmətlərin satın alınması” tenderinə görə 52 min 357 manat (10.10.2022), Gənclər və İdman Nazirliyi ilə “Sabahın alimləri” IX Respublika müsabiqəsinin keçirilməsi” tenderinə görə, 41 min 800 manat (06.02.2020) dəyərində müqavilə imzalayıb.
Nizamnamə kapitalı 3000 min manat olan “AZEXPOMONTAGE” MMC-nin qanuni təmsilçi Hüseynov İlham Əliheydər oğludur.
İbRa











jpg-1675768157.webp)




