• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dərmanlar niyə bahalaşıb? - EKSPERT AÇIQLADI

GÜNDƏM

19 Dekabr 2022 | 18:07

Dərmanlar niyə bahalaşıb? - EKSPERT AÇIQLADI

"Dərmanların bahalaşmasına səbəb nə gömrük rüsumları, nə də vergi dərəcələridir".

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Nazim Bəydəmirli son zamanlar ölkədə dərman preparatlarının qıtılığı və bahalaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əksər dərman preparatlarının idxalı həm rüsumlardan, həm də idxaldan cəlb edilən ƏDV də daxil bütün vergilərdən azaddır: "Eynisi ilə dünyada dərman istehsalçıları çox məşhur şirkətlərdir ki, onların məhsullarını əksər ölkələr idxal edirlər, o zaman da sual olunur ki, niyə Gürcüstan, Türkiyə, Avropa ölkələrində və yaxud digər ölkələrdə Azərbaycanla müqayisədə dərman bir neçə faizlə deyil, dəfələrlə bahadır? Təbii ki, səbəb inhisarçılıqdır, dərman preparatlarının qeydiyyatının çətin olmasıdır, rüşvət və korrupsiyadır”.

O təəssüflə qeyd edib ki, lisenziya və icazələrin alınması üçün formal olaraq hər sahibkar müraciət edə bilər, ancaq onun verilməsi müvafiq dövlət orqanları tərəfindən "yazılmamış qanunlar" əsasında həyata keçirilir: “Bu sahədə ifrat dərəcədə məmur sahibkarlığının "maraqları" müdafiə edilir və real sahibkarlıq subyektlərinə bu haqq tanınmır. Dövlət və özəl sektor arasında ayrıseçkilik ən yüksək səviyyədə təşviq və təşkil olunur, “Dövlət satınalmalar haqqında” qanun icra edilmir və dövlət müəssisələri büdcədən maliyyələşən sağlamlıqla bağlı dövlət proqramlarına yaxın belə buraxılmır".

N.Bəydəmirli deyib ki, çoxmilyonluq layihələr eyni şirkətlərə verilir və rəqabət yoxdur, rəqabət olmayan yerdə də qiymətlər bahalaşıb vətəndaşları daha da müdafiəsiz buraxır.

"Ona görə ilk növbədə bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi münasibətlər qurulmalı, hər bir subyektin qanun qarşısında hüquq və vəzifələri bərabər olmalıdır”, - deyə Nazim Bəydəmirli əlavə edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026