• Bakı 30° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Azərbaycanın pulları niyə xaricə axır? - Ciddi kapital axınının ilginc SƏBƏBLƏRİ

GÜNDƏM

18 Yanvar 2023 | 14:31

Azərbaycanın pulları niyə xaricə axır? - Ciddi kapital axınının ilginc SƏBƏBLƏRİ

Azərbaycanda 2022-ci ildə elektron ticarət əməliyyatlarının həcmində artım qeydə alınıb.

Mövzu ilə bağlı Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov Bakıvaxtı.az-a bildirib ki, xüsusən ölkədə müşahidə olunan bahalaşma vətəndaşları xaricdən mal və məhsul almağa sövq edir.

“Əhali xüsusən xarici internet mağazalarından alış-veriş edildiyini görürük. Bunun da ən böyük səbəbi ölkə daxilində qiymətlərin ölkə xaricinə nisbətdə baha olmasıdır. Vətəndaşlarımız daha çox Türkiyədən sifariş verirlər.

Nəticədə Türkiyədən çatdırılma şirkətlərinin sayının artdığını da müşahidə edirik. Məhsulu sürətli, 2-3 günə müştəriyə çatdırırlar. Müştəri məmnuniyyəti nəticəsində bu xidmət genişlənir”, - deyə ekspert N.Manafov bildirib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

08 Iyul 2025