• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“OBA Market” saxlama müddəti ötmüş məhsullar satır? - MƏHKƏMƏ BAŞLAYIR

GÜNDƏM

14 Fevral 2023 | 17:52

“OBA Market” saxlama müddəti ötmüş məhsullar satır? - MƏHKƏMƏ BAŞLAYIR

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC istehlakçıların hüquqlarının pozulmasına görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, “OBA Market” baarədə İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Salyan Rayon Məhkəməsinə göndərilib.

Həmin maddədə qeyd edilir ki, saxlama müddəti ötmüş məhsulların satılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Ənnağı Məmmədli sədrliyi ilə araşdırılacaq.

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026