• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vardanyan Qarabağa qayıtdı: Rusiyanın yeni PLANI nədir? 

GÜNDƏM

15 Fevral 2023 | 11:25

Vardanyan Qarabağa qayıtdı: Rusiyanın yeni PLANI nədir?

Separatçı "Dağlıq Qarabağ respublikasının Dövlət naziri" Ruben Vardanyan Qarabağa qayıdıb. 

Bu ilin fevralın 7-də yayılan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.  

Dünən isə onun Qarabağ qayıtdığı bildirilir. Məlumata görə, Moskvanın bu addımı Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti ilə razılaşdırılıb.

Vardanyan Qarabağa qayıtdı. Rusiyanın yeni PLANI nədir? “Vardanyan layihəsi”nə qarşı biz nə etməliyik?

“Rusiya istəyir ki, Qafqaz regionunda qeyri-müəyyən vəziyyət hökm sürsün və bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə davam etsin. Amma rəsmi Moskva unutmamalıdır ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üç tərəfli bəyanatda Azərbaycan və Ermənistanla yanaşı, Rusiya prezidentinin də imzası var”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

O qeyd edib ki, Rusiyada Ermənistan-Azərbaycan məsələsilə bağlı ikitirəlik var: “Rusiyada daxili qüvvələrin siyasi hakimiyyətə müqavimət və təsir göstərmək üçün kifayət qədər imkanları var. Rəsmi Moskvanın ilk hədəfi Azərbaycanla dostluq edib, onunla iqtisadi əlaqələrini inkişaf etdirmək istəyir”.

Deputatın sözlərinə görə, Vardanyanın Qarabağa qayıtması heç nəyə təsir göstərməyəcək: “Bu problemin həlli sülh müqaviləsindən keçir. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi öz həllini tapmalıdır. Beynəlxalq aləm Qarabağın və Şərqi Zəngəzurın Azərbaycanın ərazisi olmasını qəbul edir.

Ermənistanın baş naziri Nikol Paşinyan həm Rusiya, həm Qərblə münasibətəri qorumaq, həm də ölkə daxilində nüfuzunun daha da aşağı düşməməsi üçün cəhdlər edir.

Amma dünya gücləri üçün əsas iqtisadiyyatdır, maliyyədir. Dünya gücləri iqtisadi inkişaf etmiş ölkələrlə hesablaşırlar”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026