• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sahibkar Gömrük Komitəsindən ŞİKAYƏTÇİDİR 

GÜNDƏM

16 Fevral 2023 | 11:25

Sahibkar Gömrük Komitəsindən ŞİKAYƏTÇİDİR

Sahibkar Dövlət Gömrük Komitəsini məhkəməyə verib. 

Bakıvaxtı.az xəbər verir ki, Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması iddiası ilə cərimə olunan sahibkar Məmmədov Həmid Behbud oğlu Nəsimi Rayon Məhkəməsində Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırıb.

İş hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Gömrük Komitəsi sahibkarı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimələyib.

Bu maddə xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026