Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Qarabağa qayıdıb.
Bu ilin fevralın 7-də yayılan məlumata görə, Ruben Vardanyan Moskvaya qaçıb. Dünən isə onun Qarabağ qayıtdığı bildirilir.
“Vardanyanın fəaliyyəti öncə Rusiya, sonra isə Ermənistanla razılaşdırılır. Çünki bir çox məsələlərdə Vardanyanla Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeləri üst-üstə düşmür”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.
O qeyd edib ki, Vardanyanın Qarabağdan getməsi və sonra qayıtması Azərbaycan cəmiyyətində narahatlıq yaradır: “Rusiya vətəndaşlığından çıxarılan Vardanyan Azərbaycan üçün legitim hədəfə çevrilməlidir. Vardanyan və başqa speratçılar Azərbaycanın güc strukturları tərəfindən mütləq cəzalandırılmalıdır. Bu baş verməyənə qədər seperatçı rejim Azərbaycanı qıcıqlandıran məsələlərdən imtina etməyəcək.
Rusiyanın planı Vardanyanı Qarabağda deyil, orta prespektivdə Ermənistanda hakimiyyətə gətirməkdir. Rusiya Vardanyanı Ermənistanda baş nazir postunda görmək istəyir. Moskvanın bütün planları buna hesablanıb. Onun Qarabağa giriş-çıxışını təmin edən isə məhz Rusiya sülhməramlılarıdır və onlar da törətdikləri bu təxirbatlara görə də mütləq cəzalandırılmalıdır”.
Ramid İbrahimov



jpg-1679039071.webp)



jpg-1678687540.webp)








