Dünyada və regionda baş verən hadisələrə görə, Türk Dövlətləri Konfederasiyası ideyası yenidən gündəmə gəlib. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini xatırladanlar bu ideyanı dəstəkləyirlər var.
“Türk dövlətlərinin əməkdaşlıq etməsi üçün Türk Dövlətləri Təşkilatı var və bu təşkilat çərçivəsində mövcud olan əməkdaşlığı gücləndirməyə çalışmalıyıq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatlığı əməkdaşlıq üçün güclü platformadır.
“Konfederasiyanın yaradılması çox ciddi məsələdir. Birinci mərhələdə münasibətləri gücləndirmək, səyləri artırmaq əməkdaşlığı gücləndirmək lazımdır. Bu prosesə daha çox töhfə verməyə çalışmalıyıq. Bu mərhələdən sonra biz konfederasiyası məsələsinə baxa bilərik. Hesab edirəm ki, zamanla hədəfə çatmaq mümkün olacaq”.
Ramid İbrahimov





jpg-1678687540.webp)










