• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır: NAZİRLİK HƏRƏKƏTƏ KEÇMƏLİDİR 

GÜNDƏM

14 Fevral 2023 | 11:35

Dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır: NAZİRLİK HƏRƏKƏTƏ KEÇMƏLİDİR

Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq malları gömrük rüsumundan azad edilsə də, bahalaşma davam edir. 

“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında 29 dekabr 2022-ci ildə dəyişiklik edilib və güzəştlər 2023-cü ilin sonuna kimi davam etdirilib.

Amma bu qərar da minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının qiymətinin aşağı düşməsinə təsir etmədi.

Ərzaq bahalaşmasının səbəbi nədir? Soğan və kartof, eləcə də, minimum istehlak səbətinə daxil olan digər mal və məhsullarda qıtlıq müşahidə olunurmu?

İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında son 10 ayda dünyada ərzaq məhsullarının ucuzlaşdığını və Azərbaycanda isə bahalaşdığını deyərək müvafiq qurumları tədbir görməyə çağırıb.

“Son iki ildə Azərbaycanda ərzaq məhsullarında inflyasiya çox güclüdür. Ötən il ərzaq məhsullarında 20 faiz inflyasiya müşahidə olunub. İndi kim gəlirlərini artıra bilmirsə, bahalaşmadan çox əziyyət çəkir.  

Dünya bazarında son 10 ayda ərzaq məhsullarında qiymətlər ucuzlaşır. Ötən ilin mart ayında ərzaq məhsullarının qiyməti ən yüksək səviyyədə idi. Həmin səviyyədən indiyə kimi dünyada ərzaq məhsullarının qiyməti 18 faiz aşağı düşüb. Duru və tərəvəz (qarğıdalı, günəbaxan, zeytun) yağlarının qiymətində kəskin eniş var. Taxılın qiymətinin hər ay elan edilən idekslərində düşmə müşahidə olunur. Bu ucuzlaşmanın ölkə bazarına təsir etməsi lazımdır. Monopolistlər varsa və onların qiymətin düşməsinin qarşısını süni şəkildə alırsa, bu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birbaşa borcudur ki müdaxilə etsin və tənzimləsin”, - deyə ekspert X.Kərimli bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olmasaydı, qiymətlər gömrük rüsumu qədər də artmış olardı: “Məsələn, demək olar ki ölkənin soğan tələbatı 100 faiz daxil istehsal hesabına ödənir. Ona görə də soğanın gömrük rüsumundan azad edilməsi qiymətlərə çox da təsir etməyəcək.  Çünki əsas istehsalçı daxili bazardı Minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq mallarının qiymətinə təsir-bahalaşma ötən il baş verib. Nazirlər Kabinetinin müvafiq qərarı olmasaydı, qiymətlər daha da arta bilərdir.

Yanvar və fevral ayları hazırda ərzaq məhsullarının yığım vaxtı olmadığı üçün qiymətlərdə cüzi artım normaldır. Hazırda bazara çıxarılan məhsullar saxlanılan məhsullardır. Odur ki, saxlanma xərcləri qiymətə təsir edir. Mart ayından sonra yeni məhsulları bazarda görəcəyik və bundan sonra qiymətlərdə enişləri gözlənilir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026