• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

“Baku Steel Company” ilə dövlət qurumu arasında MÜBAHİSƏ

GÜNDƏM

18 Yanvar 2023 | 15:31

“Baku Steel Company” ilə dövlət qurumu arasında MÜBAHİSƏ

“Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, ləğv prosesində olan “BANK STANDARD” Kommersiya Bankı “Baku Steel Company” QSC, “AZƏRİ STEEL-2009” MMC, “BAKELEKTROQAYNAQ” ASC-yə qarşı iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.  

Qeyd edək ki, “BANK STANDARD” Kommersiya Bankının ləğvedicisı Əmanətlərin Sığortalanması Fondudur.

Təcrübə göstərilir ki, borclu ləğv prosesində olan bank qarşısındakı kredit öhdəliyini yerinə yetirməkdə maraqlı olmur. Göstərilən hallar bankların ləğv prosesinin yekunlaşdırılmasının ləngiməsinə, o cümlədən borcluların və kreditorların haqlı narazılığına səbəb olur.

İbRa


SON XƏBƏRLƏR

05 Iyul 2025