"Üzqırxan" Bəhramı Bakıda yaşayan 30 min erməni heç zaman narahat etməyib, amma rayondan gələnlər edir. Əgər Bakıda 30 min erməninin yaşaması onu narahat etsəydi, bir dəfə də onunla bağlı fikrini bildirərdi. "Üzqırxan" Bəhram deməyimizdən qətiyyən inciməsin, gənc nəsil onu üzqırxanları reklam etməsilə tanıyıb. Məncə elə bundan sonra da üzqırxanları reklam edərək pulunu qazansa yaxşı olar, çünki onun ən böyük uğuru elə ondan ibarətdir".
Bunu Bakıvaxtı.az-a filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin son günlərdə müzakirələrə səbəb olan şəhərli-kəndli məsələsilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, zaman-zaman şəhərli-kəndli, bakılı-rayonlu söhbətlərilə gündəm olan bir neçə "məşhur" var ki, cəmiyyətin ən sərt formada linç etməsindən, tənqidindən deyəsən həzz alırlar: "Bəhram da onlardan biridir. Sosial şəbəkələrdə fikirlərini rusca yazan, Azərbaycan dilini bəyənməyən, öz vətəndaşını sevməyən bu adam rayonlardan Bakıya gələnlərə mədəniyyət dərsi keçməyə çalışır.
Ölkənin o başı ilə bu başının fərqi yoxdur. Rayonlu, kəndli, şəhərli olaraq hamımız azərbaycanlıyıq. Bu ölkənin vətəndaşlarının istədiyi zaman istədiyi yerə köçüb yaşamaq haqqı və hüququ var.
44 günlük müharibədə, torpaqlarımızın işğaldan azad edilməsi zamanı hamı, rayonlu şəhərli demədən birləşdi, minlərlə şəhid verərək, qan tökərək yurd yerimizi, dədə-baba torpaqlarımızı azad etdik. Bugünədək Bəhramı bir şəhid ailəsinin yanında olub dəstək verdiyini, bir şəhidin dəfnində iştirak etdiyini görməmişəm. Bəhramın bir qazinin müalicəsi üçün müraciətini və ya köməyini görməmişəm".
İctimai fəal bildirib ki, B.Bağırzadənin bir dəfə də olsa hünəri çatıb hansısa korrupsioner, harın məmuru sərt tənqid etdiyinin şahidi olmayıb: "Bakı hamımızındır. Bakı Bəhrama dədə-babasından miras qalmayıb. Haradan Bakıya gəldiyini öncə araşdırsın, sonra "bakılı" olsun.
Bir rayonlu şəhidimi, bir kəndli qazimi min yox, milyon Bəhram kimi "bakılıya" dəyişmərəm".
Qeyd edək ki, B.Bağırzadə regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.
Ramid İbrahimov
"Bəhramı Bakıda yaşayan ermənilər narahat etmir, amma..." - Fəlsəfə doktoru
GÜNDƏM
16 Yanvar 2023 | 11:32

SON XƏBƏRLƏR
22 Noyabr 2026
21 Noyabr 2026















