• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Məmurların maaşı niyə açıqlanmır? - Deputatdan REAKSİYA

Gündəm

18 Yanvar 2023 | 13:21

Məmurların maaşı niyə açıqlanmır? - Deputatdan REAKSİYA

Dövlət başçısı dəfələrlə deyib ki, “Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir". Amma təəssüf ki, bu xidmətçilərimizə ödədiyimiz maaşı bilmirik.

Prezidentin, deputatların, hakimlərin və Ombudsmanın maaşı açıq məlumatdır. Amma məmurların...

Nəinki dövlət orqanlarının, bütün dövlət hüquqi şəxslərinin (publik hüquqi şəxslərin, kommersiya hüquqi şəxslərinin) verdiyi maaşlar da açıq məlumat deyil.  

Məmurların maaşı niyə məxfidir? Xidmətçilərimizə nə qədər ödədiyimizi niyə bilməyək?

Bakıvaxtı.az bu suallarla Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevə müraciət edib.

"Məmur maaşlarının gizlədilməsində problem görmürəm. Deputatların maaşı dəfələrlə müzakirə olunub. Dünyanı nəzərə alsaq Azərbaycanda deputatların maaşı nə yuxarıdır, nə də aşağı, orta səviyyədədir. Məmurların maaşı hərbi sirr deyil ki, gizlədilsin. Onların əmək haqqısının açıqlanmasında problem görmürəm. Düşünürəm ki, xüsusi bir qərar olsa biz deputatlar normal qəbul edəcəyik", -deyə deputat R.Quliyev bildirib. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR