• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İcra hakimiyyətlərinin “sevimli şirkəti”nin BAŞI BƏLADA 

GÜNDƏM

17 Yanvar 2023 | 11:00

İcra hakimiyyətlərinin “sevimli şirkəti”nin BAŞI BƏLADA 

İcra hakimiyyətlərinin “sevimli şirkəti” olan “Elnur - 2” Universal İstehsalat Kommersiya Şirkəti məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Roysi Bom” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyilə araşdırılacaq.

Qeyd edək ki, Astara və Lerik rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərdə qalib elan olunan “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

İbRa


SON XƏBƏRLƏR