• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İcra hakimiyyəti polisin sorğusuna cavab vermədi 

GÜNDƏM

15 Dekabr 2022 | 15:46

İcra hakimiyyəti polisin sorğusuna cavab vermədi

Bakı şəhəri İcra Hakimiyyətinin məxsus qurum məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Yol Polisi Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında protokol tərtib edərək işi Sabunçu Rayon Məhkəməsinə göndərib.

İş hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi ilə bağlıdır.

Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İbRa   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026