• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Gömrük sərhədindən güzəştlə keçən şirkət qaydanı pozdu

Gündəm

23 Noyabr 2022 | 12:12

Gömrük sərhədindən güzəştlə keçən şirkət qaydanı pozdu

Xarici ticarət iştirakçısı olan “Green Region” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verdiyi “Green Region” barədə İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən protokol tərtib edib.

İşə Qusar Rayon Məhkəməsində baxılacaq.

Bu maddə gömrük rəsmiləşdirilməsi qaydasının pozulması ilə bağlıdır.

Belə ki, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İbRa 


SON XƏBƏRLƏR