• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İcra hakimiyyəti "sevimli" şirkətini QALİB ETDİ 

GÜNDƏM

24 Noyabr 2022 | 11:07

İcra hakimiyyəti "sevimli" şirkətini QALİB ETDİ

Zaqatala Rayonu İcra Hakimiyyəti keçirdiyi tenderdə “Servis Universal” MMC-ni növbəti dəfə qalib elan edib.

Bakıvaxtı.az xəbər verir ki, “Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı binanın dam örtüyünün təmiri işləri” və “Zaqatala rayonu, Aşağı Tala kəndində salınan Dostluq (Sakura) bağının təmiri işləri” adlı tenderlərdə “Servis Universal” MMC qalib elan olunub.

Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı binanın dam örtüyünün təmiri işləri  

Qalib müvafiq olaraq 20841 manat və 4883 manat ödənəcək.

Zaqatala Rayonu İcra Hakimiyyəti keçirdiyi tenderdə “Servis Universal” MMC-ni 10-cu dəfə qalib elan edib, ucra hakimiyyəti bu şirkətə ümumilikdə 227 min 134 manat ödəyib.

Qeyd edək ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadədir. O, Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin qardaşıdır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026