• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Gömrük Komitəsi Azərbaycanın ən böyük ixracatçı şirkətini CƏRİMƏLƏDİ 

Gündəm

22 Noyabr 2022 | 16:35

Gömrük Komitəsi Azərbaycanın ən böyük ixracatçı şirkətini CƏRİMƏLƏDİ 

“Azəri M-I Drilling Fluids” MMC cərimlənib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Azəri M-I Drilling Fluids” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib edərək Qaradağ Rayon Məhkəməsinə göndərib.

İşə baxan hakim Rufan Mürsəlovdur.

Həmin maddə gömrük qaydaları əleyhinə olan inzibati xətadır.

Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2022-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azəri M-I Drilling Fluids” MMC də təmsil olunub.

İbRa


SON XƏBƏRLƏR