• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

5 tenderin 1 qalibi var: Şirkətə 1 milyon ödəndi

GÜNDƏM

30 Sentyabr 2022 | 17:06

5 tenderin 1 qalibi var: Şirkətə 1 milyon ödəndi

Gəncə şəhər İcra Hakimiyyətinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə şəhər ərazisində işıqlandırılma sistemlərinin əsaslı təmiri işlərinin satınalınması” ilə bağlı tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Elvi.M.M. Services Group” MMC-dir.

Qalib şirkətə 897 min 824 manat ödənəcək.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən qurumların son 5 ay ərzində elan etdiyi 5 tenderin qalibi “Elvi.M.M. Services Group” MMC olub. Bu müddət ərzində umumilikdə həmin şirkətə 1 milyon manat vəsait ödənilib.

Sözügedən tenderlər bu ilin aprel-sentyabr ayları ərzində Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi keçirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026