• Bakı 19° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

“OBA” marketdə YOXLAMA: QANUN POZUNTUSU AŞKARLANDI

Gündəm

27 Sentyabr 2022 | 13:31

“OBA” marketdə YOXLAMA: QANUN POZUNTUSU AŞKARLANDI

“Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “Oba Market” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi əsasında protokol tərtib edərək Masallı Rayon Məhkəməsində göndərib.

Həmin maddə yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

24 Aprel 2024