• Bakı 31° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Nazirlik 60 manatlıq şirkətlərə 3 MİLYON VERDİ 

GÜNDƏM

27 Sentyabr 2022 | 10:34

Nazirlik 60 manatlıq şirkətlərə 3 MİLYON VERDİ 

Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika üzrə bir sıra təhsil müəssisələrində cari təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Bakıvaxtı.az xəbər verir ki,  tenderlərin qalibi “S.H. İnşaat Xidməti” MMC  və “UPSİLON” MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 2 657 134 manat və 851 min 314 manat, ümumilikdə isə 3,5 milyon manat ödəniləcək.

Qeyd edək ki, “S.H. İnşaat Xidməti” MMC  2011-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 60 manatdır.

“UPSİLON” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

10 Iyul 2025